sahilememmedova

Just another WordPress.com site

Sen de getme…

Əvvəllər itirməyi düşündüyümdə böyük bir boşluq yaranardı ürəyimdə,qorxardım..! İtirdiklərimi düşünərdim…və bu zaman qorxmamaq üçün bir daha sevməməm lazım olduğuna inanardım…
Amma bilmədiyimiz həyatlar da var. Bilmədiyimiz əhvalatlar.Çoxumuz sevdiklərimizi itirməkdən qorxuruq çünki sevdiklərimiz üçün yaşayırıq həyatı. Sırf onları itirməmək üçün öz həyatımızdan belə imtina edə biləcəyimizə inanırıq. Düşünmürük onların da ürəyinə o boşluğun yerləşəcəyini…
Birini itirməkdən qorxmağa başladığımız zaman onu nə qədər sevdiyimizi də daha yaxşı anlayırıq. Səhv etdiyimizi düşünürük, itirmə ehtimalını…Qəribədir bəlkə amma məncə itirmək qorxusu sevgini böyüdür.
Yaxşı amma sevib sevə bilmədiyinə qərar verə bilməzsə insan..? O qərar verə bilmədiyi üçün, onu çox sevən birinin ağrı çəkdiyini düşünsə..necə? Buna görə o boşluq gəlib yerləşsə içinə?.. Sevə bilərmi həqiqətən?
Atamı gördüm.Həqiqətən yanımda idi. Halbuki bu qədər zamandır mən o boşluğu bir daha hiss etməmək üçün, bir daha qorxmamaq üçün onu sevmək istəməmişdim.
Amma o an atamı həqiqətən yanımda hiss etdiyim an anladım ki əslində onun varlığı içimdə ki boşluğu azaldır, doldurur…O yanımdaykən çox daha az qorxuram həyatdan!
Bəzən başqa bir həyata uzaqdan baxıram kimi hiss edirəm özümü.Sevdikləri üçün nələri gözə ala bilir insanlar.
Məsələn qarşılıq gözləmədən sevə bilirlər.Yalnız sevmək, heç bir qarşılıq gözləmədən…Yalnız sevmək yetə bilərmi insana..? Məncə yetər. Çünki artıq bilirəm ki sevmək, ciddi bir işdir..!Bütün bir həyatı doldura bilər, böyük bir ömrə yetə bilər.
Sırf biri bizi sevir deyə bütün bir həyatımız dəyişə bilər.Bir ümid yarana bilər.Sırf o bizi sevir deyə imtina etdiyimiz yerdən davam edə bilərik. Yorulmuşkən qaçmağa başlaya bilərik.
Atama baxarkən, atamın gözlərindən anladım məni nə qədər çox sevdiyini.Mənim üçün hər şeydən, öz həyatından belə imtina edə biləcəyini, məni əsla tərk etməyəcəyini gözlərindən anladım.
Məni həmişə qorxudan,içimdən ata bilmədiyim o boşluq kiçildi, kiçildi, kiçildiVə yox oldu! Xoşbəxtdim! Uzun zamandan bəri ilk dəfə…Qorxmurdum!!!
Və bu zaman anladım ki, itirməkdən qorxmağı buraxdığı zaman insan həqiqətən sevə bilər …!

İyul 3, 2011 - Posted by | My world | , , , , , , , ,

Heç bir şərh yoxdur.

Cavab qoy