sahilememmedova

Just another WordPress.com site

24-cu payizim…..AD GUNUM MUBAREKKKKKKKK))))))

Hheee nehayet dogum gunu postu yazmaq mene de nesib oldu.Dunen yeni sentyabrin 26da menim tammmmm 24 yasim tamam oldu…Ozumun de inanmagim gelmir bu reqeme….Ele bil dunen olub her sey..Usaq vaxti yaman simic olmusam hec kime hec ne vermek istememesim.aglayib ozumu oldururmusem)))baxca muellimem yadimdadi adi Terane muellime idi…Uzu danisigi her sey yadimdadi..ilk muellimem ehh….Neyse.yazmaga cox sey var.INSALLAH 1gun qeseng 1postda yazaram hamsini…Deyirem ne qeribe varliqlariq biz.Tortumuzun samlarinin sayi artdiqca omrumuzden iller kecir…Olume 1addim daha yaxinlasiriq.Ve biz bunu boyuk 1yigincaqla qeyd edirik…Eslinde olum ozu 1gozellikdir..sonu cennet olsa…Bu dogum gunum mencn daha ferqli oldu..Dunyalar qeder cox istediyim canim qeder eziz olan 1inin mene etdiyi xos surpriz…Ish yerinde kecirdiyim ilk ad gunu…Ne bilim.her sey xos oldu mencun…ALLAHA yasadigim her sey gore SUKUR edirem..Ne yaxsi ki varsiz menim sevimli eziz ailem!!!!Ne yaxsi ki varsiz menim sevimli dostlarim!!!!!

Advertisements

Sentyabr 27, 2011 Posted by | My world | 2 Şərh

Yasadigi iddia edilen meshurlar….

1. Rus Çarı I Aleksandr ( 12/23/1777 – 11/19/1825 )
Aleksandr, ölkəni idarə etməyə başladığında olduqca müvəffəqiyyətli idi, ancaq yaşamış olduğu bir çox hadisə onu şübhəsi və paranoyak bir insan halına gətirmişdi. 1825-ci ildə soyuq bir gündə çıxdığı gəzintidə xəstələnib sətəlcəm səbəbiylə həyatla vidalaşdı. Ancaq kimiləri buna inanmamaqdadır və onun əslində adını Feodor Kuzmizh olaraq dəyişdirərək həyatını sadə bir şəkildə davam etdirməyə davam etmək istədiyini söyləmişlər. Aleksandrın 1925-ci ildə açılan məzarında isə cəsədinin tapılmaması şübhələri yaxşıdan yaxşıya artırmışdır.

2. Uels Şahzadəsi Diana ( 07/01/1961 – 08/31/1997 )
Bir ikon halına gəlmiş olan Şahzadə Diana əslində ingilis kraliyət ailəsinin bir üzvü idi. Şahzadə Diananın həyatında mübahis ə edilən tək şey yalnız onun niyə və necə öldüyü ya da öldürüldüyü deyil, ölümündən sonra qucağında bir körpə ilə təkərli kürsüdə görülmüş olmasıdır. Ancaq görülən o ki, 2 yarım milyon insanın iştirakıyla reallaşdırılan cənazə mərasimi bunun əksini söyləyir.

3. Jim Morrison ( 12/08/1943 – 07/03/1971 )
“The Doors” qrupunun ən tanınan üzvü Jim Morrison, 60-cı illərin superstarı idi. Parisə yerləşdikdən sonra həyatında əhəmiyyətli dəyişikliklər olan Morrison eyni zamanda depressiyaya da girmişdi. Duşda ölü tapılan Morrisona yarılma belə edilməmişdir. Ölüm səbəbi infarkt olaraq göstərilsə də bir çox səbəb də göz qarşısında saxlanılmaqdadır. Ayrıca bəzi vətəndaşlar Morrisonun ölüm xəbərindən əvvəl onu təyyarə ilə səyahət edərkən gördüklərini söyləyirlər. Aydın olan odur ki, Morrison bəzi şeylərdən qaçmaq istəmiş ola bilər.

4. D. B. Cooper ( 11/24/1971də ortadan itdi )
24 Noyabrda Boeing 727 tipi təyyarəsini qaçıran D. B Cooper 200 min dollar tələb etmişdir, pulu ələ keçərən Cooper sonra paraşütlə təyyarədən atlamışdır və o tarixdən sonra özündən xəbər alına bilməmişdir. Ölmüş ola biləcəyi üstündə qəti bir qərar alına bilməməklə birlikdə, onun bir yerlərdə saxlanmış ola biləcəyi də göz qarşısındadır və FBI dəlil axtarışına davam edir.

5. Amelia Earhart ( 07/24/1897 -01/05/1939 )
Havaçılıq tarixin ən əhəmiyyətli üzlərindən biri olan Earhart eyni zamanda Atlantik Okeanını tək başına keçə bilən ilk qadın təyyarəçisi olduğu üçün də mükafat qazanmışdır. Pasifik üzərində uçarkən itən Earhartın dənizə çaxılmış ola bilcəyi ən məntiqli şərh olaraq görünsə də, kimiləri onun Yaponlar tərəfindən əsir alınıb öldürülmüş ola biləcəyini də söyləyir. Hətta və hətta onun Yaponiyada görüldüyünü söyləyən insanlar belə var.

6. Adolf Hitler ( 04/20/1889 – 04/30/1945 )
Benito Mussolini ilə eyni qədərə sahib olmamaq üçün siyanür ilə özünü öldürən Hitlerin cəsədi Magdeburg yaxınlarında dəfn edilmiş şəkildə tapılmışdır. Lakin daha sonra məzardan çıxardılıb külləri Elbe Çayına tökülmüşdür. Edilən araşdırmalar nəticəsində məzardakı adamın Hitler olduğu sübut edilsə də hələ də onun İspanya ya da Argentinaya qaçmış ola biləcəyi söylənməkdədir.

7. Michael Jackson ( 08/29/1958 – 06/25/2009 )
Siyahıdakı ən yeni ölüm isə popun kralı olaraq adlandırılan Michael Jacksondur. Gerçək ölüm səbəbinin nə olduğu hələ müəyyən olmasa da onu öldü olaraq göstərmək sanarıq ən doğrusudur. Hələ əlimizə keçməyən yarılma hesabatları və məzarının boş olması səbəbiylə onun ölməmiş ola biləcəyi göz qarşısında saxlanılmaqdadır. Altından edilmiş tabutun içinin boş olduğunu söyləyənlər eyni zamanda onun irəlidəki günlərdə bir çevriliş edə biləcəyini də söyləyirlər.

8. Tupac Shakur ( 06/16/1971 – 09/13/1996 )
Tupac Shakurun ölümü bu gün tam mənasıyla bir sirrdir. Şosedə gedərkən vurularaq öldürülən Shakur çox məşhur bir repçiydi. Onun ölmüş ola bilməyəcəyi isə güclü dəlillərlə müdafiə olunmaqdadır. Öldükdən sonra bazara çıxmış 8 albomunda mahnı sözləri ölən ancaq sonradan dirilən bir adamın yazmış ola biləcəyi sözlərdir. Maqazinçilər belə bir çox dəfə onun şəkilini çəkdiklərini söyləyirlər hətta bunun ən tanış nümunəsi isə Bourbon Prospektində içki içərkən çəkilən fotoşəkildir.

9. Düşes Anastasia ( 07/18/1901 – 07/17/1918 )
İkinci Çar Nikolayın qızı olması səbəbiylə bir çoxları onun zəngin və uzun bir həyat davam etdirdiyini düşünə bilər. Lakin Bolşevik gizli polisi tərəfindən o və ailəsi öldürülmüşdür. Lakin sonradan edilən araşdırmalara görə onun DNT-i tapıla bilməmişdir. Kimiləri onun qaçmış ola biləcəyini düşünərkən, 2009-cu ildə edilən şərhdə Anastasianın DNT-inin də tapıldığı deyilmişdir.

10. Elvis Presley ( 01/08/1935 – 08/16/1977 )
Jackson necə ki popun kralı olaraq önə sürülürsə Elvis Presley də”Rokun Rol”un kralı olaraq göstərilməkdədir. Həddindən artıq doza dərman götürərək duşda ölü tapılan Presleyin pərəstişkarları əslində məzardakı adamın o deyil onun mumiyalanmış bədəninin olduğunu və onun ölmədiyini müdafiə edirdilər. Bəziləri onun mafiya üzündən saxlandığını ya da borclarından ötəri saxlandığını iddia edir. Hətta onu Tennessedə görənlərin olduğu belə iddia edilir.

Sentyabr 24, 2011 Posted by | news | Bir şərh yazın

   

%d bloqqer bunu bəyənir: