sahilememmedova

Just another WordPress.com site

Dediyim(iz) en boyuk yalan….

Həyat qəribədir…Zərbələr müxtəlif…Hərdən ard-arda zərbə alarkən insan heç də təəssüflənmir.Sanki oyrəşibmiş kimi.Bəzən göz yaşlarim süzülərkən yanaqlarimdan tez silməyə başlayiram,gizlədirəm.Acı verir çünkü.İsti bir suymuş kimi yandirir.Hərdənsə heç ağlamıram….Göz yaşlarım quruyubmuş kimi.Həyatda hər bir insan ne yaşadığını ən yaxşı özü bilir.Nə hiss etdiyini də.Dahiləri bir-birinə birləşdirən cəhət “NƏ GÖRMƏLƏRİ” ,fərqlənirən cəhət isə “NƏ CÜR” görmələridir.Hər insan görə,hiss edə bilir.Mühüm olan isə nəyi nə cür gərmələri və necə hiss etmələridir.Bİr insanın dərdi,acısı başqa bir kimsə tərəfindən kişik görülə bilər.Yalniz hər kəsin dərdi özünə görə ən acı verən,ən böyükdür.Unutdum desə də insan heçnəyi unutmur.Bağışlamır da…Çünkü mən eləyəm.İnsanla ünsiyyət qurarkən onun mənə qarşı bütün mənfi və müsbət əməlləri gözümdə canlanır.Həmin an nece hiss edirəmsə elə də ünsiyyət qururam.Çünkü kin saxlmamaq ikiüzlü olmaq demək deyil !Qurduğum xəyallar çox tez həyata keçir,tez də bezirəm.Hər istədiyim olur ama nədənsə içimdə daimi bir boşluq olur….Yalanlar….”NECƏSƏN?” -“YAXŞIYAM” -Ən böyük yalan ! Ürəyində ağlayarkən üzdə yaxşıyam demək nə qədər dogrudur? Böyük yalanlar da elə kiçik yalanlarla başlamayir mi? Bir gün pis olduğunu gizləyərsən.Sabah sevgini.Daha sonra isə peşmançılığını…Gün gələr yalanlarına da inanarsan…Göz yaşların kimi onları da gizlədərsən.Saf məhəbbət nağıl kimi görünər gözünə….Varlığına belə inanmazsan….Hər sevirəm sözünü duyduğunda qulaqlarini qapamaya çalışarsan.Bir yalan da duymaq istəməyərsən.Maraqlıdır öz yalan dünyandan bezmirsən…? Hər sevgiyə yalan deyib qaçarkən düşünmürsən mi,özünə yalan deməyə başlayandan bəri heçkəsə inanmırsan …?

İyul 10, 2011 Posted by | My world | , , , , , , , | Bir şərh yazın

Xeyal qehramanimiz kimdir???

Atadır yetim bir qızın xəyal qəhrəmanı.Hər gecə yuxusunda gördüyü amma üzünü heç zaman görmədiyi.Adını daim eşitdiyi amma heç zaman toxuna bilmədiyidir xəyal qəhrəmanı..bəlkə gördü,bəlkə görmədi..

Sevgidir kiminin xəyal qəhrəmanı.Başqalarında görüb qısqandığı,ama özünün tapa bilmədiyi,çata bilmədiyidir qəhrəman.Ürəyinin ağrısıdır o qəhrəman..bəlkə sevdi,bəlkə sevmədi..

Ağ atlı şahzadədir 1 qızın xəyal qəhrəmanı.Onun üçün uzun yol gələn,mübarizə aparan və ona çatmağa çalışan.Məqsədlidir o qəhrəman..bəlkə gəldi,bəlkə gəlmədi..

Təbəssümdür bir insanın xəyal qəhrəmanı.Hər acıya inad,hər dərdə, hər kədərə.Hər göz yaşına inad qəhrəmandır o..bəlkə güldü,bəlkə gülmədi..

Göz yaşıdır kiminin xəyal qəhrəmanı.Təbəssümə inad,xoşbəxtliyə,sevincə inad qəhrəmandır o..bəlkə axdı,bəlkə axmadı..

Sağlamlıqdır bir xəstənin xəyal qəhrəmanı.Görməyən gözünə,tutmayan əlinə,gəzə bilməyən ayağına,danışa bilməyən dilinə,kiminin də mənəvi xəstəliyinə inad qəhrəmandır o..bəlkə tapdı,bəlkə tapmadı..

Puldur kiminin xəyal qəhrəmanı.Əzilən cisminə,çata bilməyən arzularına,gələcəyinə inad qəhrəmandır o..bəlkə oldu,bəlkə olmadı..

Adi bir Səsdir tənhanın xəyal qəhrəmanı.Onun heç duymadığı,duymaq istədiyi qəhrəmandır o..bəlkə duydu,bəlkə duymadı..

Cavabdır kiminin xəyal qəhrəmanı.Ömrü boyu axtardığı amma heç kimdə tapa bilmədiyi “niyə”lərin qəhrəmanıdır o.Cavabını bəlkə aldı,bəlkə almadı..

Ümiddir kiminin xəyal qəhrəmanı.Gələcəyə bir işıqdır.Keçmişdən qoruduğu qəhrəmandır o..bəlkə tutdu,bəlkə tutmadı..

Mərhəmətdir bəzilərinin xəyal qəhrəmanı..etdiyi qəddarlıqlara,mərhəmətsizliyə,zalımlığa inad..itirdiyi insanlığa inad qəhrəmandır o..bəlkə döndü,bəlkə dönmədi..

İsti bir Yuvadır yetim uşağın xəyal qəhrəmanı.Soyuqdan donmaya inad qəhrəmandır o..bəlkə…bəlkə də..

Məhv olmuş xəyalların bərpasıdır mənim xəyal qəhrəmanım.Bərpası çox müşkül olan qərəmandır o.Bir də o qəhrəmanı bəlkə xəyal etdim,bəlkə yox..

İyul 6, 2011 Posted by | My world | , , , , , , , , | Bir şərh yazın