sahilememmedova

Just another WordPress.com site

Sev…Yalniz sevdiyin ani yasa….

Çox yazılar oxudum bu haqda.

Mükəmməl insanlardan nəsihətlər, müxtəlif yazar məqalələri, mütəxəssis yazıları və s.

Sən demə əsrlər boyu insanların sevgi dolu xoşbəxt bir həyatlarının ola bilməsi üçün yalnız bir düstur varmış.

Bu düstur sadə olduğu qədər , müxtəlif insanlara mürəkkəb də görünə bilər.

Düstur nədir?

Keçmişinə dönüb baxma və gələcəyini də dərd etmə!

İndiki anını yaşa!

Sev, yalnız sevdiyin anı yaşa.

İçində olduğun anın dəyərini bil.

Bu yazını oxuyarkən bir anlıq dönüb ətrafınıza baxın.

Nə qədər seviləcək şeylər görəcəksiniz.

İnsanların bir-biriləri ilə danışmaları, bir-birilərini dinləmələri, paylaşmaları nə qədər qiymətlidir.

Onlar bu anlarını birlikdə yaşayırlar və bütün bu birlikdə olmaqlarından xoşbəxtlik meydana gəlir.

Bir düşünək…

Niyə insanlar hamısı ətraflarındakını şərtsiz qəbul edə bilmirlər?

Niyə hər hansı bir mənfəət əlaqəsinə girmədən bütün insanları olduğu kimi qəbul edib sevə bilmirlər?

Niyə qarşılıqsız sevgi barmaqla sayılacaq qədər azdır?

Çünki, əvvəlcə sevgini bir bütün halında görmək lazımdır.

Sevirsənsə, bütün insanları sevəcəksən.

Məsələn, bir gənc evlənəcəyi qızı çox sevdiyini söyləyir, amma digər insanlara nifrətlə baxır.

Hər kəslə savaş halında ola bilir.

Belə sevgi yanlışdır.

Hətta eqoizm demək daha doğru olar.

Sevgiylə eqoizm bir yerə sığmaz.

Onun üçün də “İnsanoğlu kimsəyə özünü sevdirməyə cəhd etmə, özünü sevilə biləcək bir insan et…Gerisini qarşı tərəfə burax.”

Leo Rosten belə demişdir;

“Zalım olanlar zəif kəslərdir.

Mehribanlıq,sevgi güclülərdən gözlənilər.”

Sizlərə daxilinizi dolduracaq böyük sevgilər və insanlığa yaraşan, sevgi meydana gətirən düşüncə və duyğular diləyirəm…

Salamat qalın.

Mart 3, 2012 - Posted by | Uncategorized

2 Şərh »

  1. sevmek mene yad olsa da fikirleriniz maraqli geldi mene)))

    Şərh tərəfindən azadalizada | Aprel 4, 2013 | Cavabla


Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: