sahilememmedova

Just another WordPress.com site

Sevgi ve ayriliq…

Sevgi və ayrılıq gənc cütlüyə baxaraq zövq alırdılar.

Ayrılıq sevgiyə dedi:Mən onları ayıraram,bəhsə girək?
Sevgi dedi:Gəl belə edək-Mən onlara bir dəfə yaxınlaşım,sonra qalanı sənlikdir.Neçə dəfə istəsən sən yaxınlaşa bilərsən-onda baxarıq sən onları ayıra bilərsənmi?
Ayrılıq razılaşdı.
Sevgi gənc cütlüyə yaxınlaşdı,onlara toxundu və gözlərinə baxdı:orda necə qığılcımlar yarandığını gördü.Kənara çəkildi və dedi:Mən işimi bitiridim,indi sənin növbəndir.
Ayrılıq dedi:Yox,mən indi onlara yaxınlaşsam da xeyri yoxdur-indi onların qəlbi Sevgi ilə doludur.Mən sonra gələrəm.

Vaxt keçdi.Ayrılıq bir gün onların evinə baxdı və gördü ki gənc ana qucağında körpəsi dayanıb oğlanla söhbət edir.Ümid etdi ki,sevgi artıq keçib yaxınlaşdı cütlüyə.Onların gözünə baxanda orda Minnətdarlıq gördü.Çevrilib otaqdan çıxdı və dedi sonra gələrəm.

Yenə vaxt keçdi.Ayrılıq yenı bu evə yaxınlaşdı,gördü ki evdə uşaqlar səs küy salır,kişi işdən yorğun gəlib,ana uşaqları sakitləşdirməyə çalışır.Dedi ki indi mütləq onları ayıra biləcəm,sevgi və minnətdarlıq çoxdan bu evdən gediblər.Amma onların gözünə baxanda orda Hörmət və Anlaşılma gördü.Çevrilib otaqdan çıxdı və dedi sonra gələrəm.

Bir müddət keçdi.Ayrılıq bəhsi unutmamışdı,sevgiyə uduzmaq fikri yox idi.Yenə gəldi,artıq uşaqlar böyümüşdü,ağsaçlı ata onlara nə isə izah edirdi,ana mətbəxdə yemək hazırlayırdı.Onların gözlərinə baxanda orda İnam gördü.
Mən sonra gələrəm dedi və çevrilib getdi.

Bir dəfə gələndə qoca qarını gözü yaşlı gördü və fikirləşdi-Deyəsən mən gecikmişəm.Zaman mənim işimi görüb axı.Qadının gözlərinə baxdı və orda Xatirə gördü-sevgidən,minnətdarlıqdan,hörmətdən,anlaşmadan və inamdan bir xatirə.

Yenə bir müddət keçdi.Ayrılıq bu evi unutmamışdı.yenə ora baş çəkdi:evdə nəvələr qaçışır,kaminin qarşısında qoca bir qadın oturub nəsə fikirləşirdi.Ayrılıq baxdı və düşündü:əsl mənim zamanım gəlib.Artıq çoxdan xatirələri də unudub.Elə qadının gözlərinə baxmaq istəyəndə o durdu və evdən çıxdı.Ayrılıq onun arxasınca getdi.
Qadın qəbirsanlığa gəldi və bir qəbrin yanında dayandı-bu onun ərinin qəbri idi.
Qadın heç neyi unutmamışdı…

P.S.ela hekayedir…

Avqust 21, 2011 - Posted by | Uncategorized

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: