sahilememmedova

Just another WordPress.com site

Adsiz….

Bu hadisə hər gecə Bakının Şəhidlər Xiyabanında təkrarlanır. Hər gecə bir şəhid oyanır. Gedib əbədi məşəl kompleksinin yanında dayanır. Şübhəli-şübhəli ora-bura boylanır. Milli Məclisə baxıb dodaqlarını büzüşdürür. Protokol qaydalarına əsasən gətirilən əklilləri yığışdırır. Qaşlarını çatıb alnını qırışdırır. Asfalt olmayan yolla lap aşağı düşüb torpağı bir az da sürüşdürür. Naməlum istiqamətdə şəhərə tərəf yollanır. Şəhid olduğu yeri axtara-axtara gəlib Amerika səfirliyi ilə Rus səfirliyinin arasında dayanır. Təcrübəsiz bir ümidlə başını qaldırıb yuxarı baxır. Hər şey gözünün qabağında canlanır: Müharibə təzədən başlanır. Nuru paşa gəlir, İngilislər gedir. Stalin sürgündən, Hitler həbsxandan qaçır. Ruzvelt qımışıb gülür. İmperiyalar devrilir. Birdən bütün ümidlər nifrətə çevrilir…
Azərbaycan özünü bitərəf elan edir. Şəhidliyin siyasi dövrü tarixə gəlir. Tarix yazılması mümkün olmayan erasına çatır. Bütün nifrətlər özünü məscid divarlarına çırpıb intihar edir. Təbriz bütün mədəniyyətlərin paytaxtı elan olunur. Narahat ruhlar səfərbərlik elan edir. Bakının sükutu bu səfərbərliyi pozur. Teleqüllənin işığı gəlib şəhidin gözündə sınır.
Dayandığı zabitlər bağının ərazisi tamam hasara alınır. “Müvəqqəti çətinliyə görə üzr istəyirik” lövhəsini aylı-ulduzlu divarlar əvəz edir. Qəfildən “Türkiye Cumhuriyyeti Büyükelçiliyi” yazısını görüb diksinir. Gözlənilmədən Atatürk peyda olur. Acıqlı-acıqlı əlindəki qəzetləri göstərib nəsə deyir. Şəhid hərbi salam verib geriyə dönür. Gəldiyi yolla geri qayıdıb Xiyabanda uyuyan Türk şəhidinin yuxusuna girir. Bütün dirilər bir dəqiqəlik səs-küylə yad edilir. Səhər açılır…
P.S bu yazi menim deyil..xosuma geldi ve paylasdim…

İyul 25, 2011 - Posted by | My world, Uncategorized | , , , , ,

2 Şərh »

  1. Qarmaqarıwıgdı ye(((biraz bawa duwmedim(

    Şərh tərəfindən daypoint | İyul 25, 2011 | Cavabla


Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: