sahilememmedova

Just another WordPress.com site

Ciyelekli cizkeyk…

ÇİYƏLƏKLİ ÇİZKEYK
Qazmağı (dibi) üçün:
2 stəkan (180 q) kraker (peçenye) – ovulmuş
100 q kərə yağı – əridilmiş (ərinmiş deyil)
2 xörək qaşığı şəkər tozu
1 çay qaşığı vanilya ekstraktı və ya bir çimdik vanil tozu

Çizkeyk üçün:
3 paçka (toplam 700 q) krem-pendir (cream cheese) – otaq hərarətində
1 stəkan (210 q) şəkər tozu
3 iri yumurta – otaq hərarətində
1 stəkan (230 q) qaymaq (rusca: slivki)
1 xörək qaşığı təzə sıxılmış limon suyu (portaqal suyu da ola bilər)
1 xörək qaşığı vanilya ekstraktı və ya bir çimdik vanil tozu
1 xörək qaşığı Amaretto likyoru (zəruri deyil)

Üstü Üçün:
2 stəkan (450 q) xama
¼ stəkan (60 q) şəkər tozu
½ çay qaşığı vanilya ekstaktı və ya bir çimdik vanil tozu
nazi-nazik dilimlənmiş çiyələk

HAZIRLANMASI:

1. Sobanı 180Cdək qızdırın. Çaydanda su qaynadın – lazım olacaq.

2. Qazmaq ərzaqlarını bir qabda qarışdırın. Xüsusi kənarları çıxan (spring form pan) tort formasının altını folqa kağızı ilə bükün ki , su keçirməsin (tort su hamamında bişəcək). Formanın dibinə qazmağı töküb barmaqlarınızla basın ki, yaxşıca yapışsın. Formanı kənara qoyun.

3. Alınan qarışığı hazırladığınız formanın içərisinə tökün. Ayrı, kənarları hündür formaya qaynatdığınız suyu tökün. Çizkek olan formanı qaynar su olan formanın içinə yerləşdirin. Su çizkeyk formasının ortasına qədər gəlməlidir.

4. Çizkeyki 50 dəqiqə ərzində istinmiş sobada bişirin. Bişən keyk tamamilə bərk olmayacaq. Formanı tərpətdiyinizdə, tortun ortası bir az titrəyəcək, və bu da normaldır. Sobanı söndürün, amma çizkeyki oradan çıxartmayın – qoyun çizkeyk orada 30 dəqiqə müddətində soyusun.

5. Bu vaxt ərzinsə tortun üstünü hazırlayın. Bir qabda xama, şəkər tozu, vanilyanı qaşıqla qarışdırın. Çizkeyk sobada 30 dəqiqə qaldıqdan sonra, onu oradan çıxardıb hazırladığınız xamalı qarışığı onun üstünə yayın. Çizkeyki sobaya geri qoyun (soba sönmüş olmalıdır- yaddan çıxartmayın!). Yarım saatdan sonra çizkeyki sobadan çıxardın və soyuması üçün kənara qoyun. FORMADAN ÇIXARTMAYIN!!!! Bir az soyuduqdan sonra üstünü örtüb soyuducuya qoyun. Orada bir gecə qalsın. Sabahı gün formanın kənarlarını çıxardın. Formanın altı isə qalsın. Süfrəyə verməzdən əvvəl tortun üstünü çiyələk dilimləri ilə bəzəyin. İstəyə görə nanə yarpaqları da səpilə bilər. Nuş Ols

İyul 21, 2011 - Posted by | My world | , , , ,

2 Şərh »

  1. Sahile,senin blogun FB de Blogstan sehifesinde rss registre elave elemishik ve avtomatik yayimlanir…yegin ki,ozun de hiss elemisen ki,oxucularin sayi artib…senden bir xahishimiz var : Yazilarin sayi ile yox,keyfiyyeti ile ferglenesen…neyise hardansa coopi-paste elemek blog yazmag deyildir:D Eger tercumedirse menbeni mutleg gostermen vacibdir…Uqurlar !))

    Şərh tərəfindən sakinakhalilova | İyul 21, 2011 | Cavabla

    • Sehifenizdeki desteye gore tesekkur edirem.Iradiniz da qebul edirem.Copy past olmur desem yalan olar.he olur.Mene ele gelir ki bunsuz cox az bloglar var.men ele de cox yazmiram.oz yazilarim da kifayet qederdir.tesekkurler…:)

      Şərh tərəfindən sahilememmedova | İyul 22, 2011 | Cavabla


Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: