sahilememmedova

Just another WordPress.com site

Bunlar maraqlidir)))

Həyatımızın ayrılmaz bir hissəsi halına gələn mobil telefonlarının “5” düyməsi üzərindəki çıxıntıya heç diqqət etmisiniz mi? Bu çıxıntı ən ortadakı düyməni əl hərəkəti ilə taparaq, düyməyə baxmadan digər düymələrin yerini tapmağı sağlar.

Böyük bir ehtimalla kompüterinizdəki klavişlərdə “F” və “J” ya da “A” və “K” klavişlərində də belə bir çıxıntı olduğunun fərqinə varmamısınız. Bu çıxıntılar klavişə baxmadan yazanlarda hər iki əlin klaviaturanın ortasını tapmasında yardımçı olur.

Yenə gözdən yayınan bir məqam isə düymələrin düzülüş şəklidir. Telefondakı düymələrdə ən üst sırada 1, 2 ve 3 rəqəmləri yer aldığı halda kompüterimizdə və kalkulyatorda tam tərsi şəkildə 7, 8 və 9 rəqəmları düzülmüşdür. Bu düzülüş şəklində kalkulyatoru və kompüteri yaradanlar, ən sürətli hesaplamanı əsas götürmüşdülər.

Bilmirəm heç diqqət etmisiniz ki, telefondakı düymələrin arasında “1” və “0”ın yanında heç bir hərf yoxdur. Amma daha təəccübləndirici bir məqam isə, bir çox telefonda mövcud hərflərin içində “Q” və “Z” hərflərinin olmamasıdır.
Günümüzdə geniş olaraq Yanğınsöndürmə xidməti (101), Polis (102), Təcili tibbi yardım (103), Qaz idarəsi (104) və Fövqəladə Hallar Nazirliyi (112) kimi təcili xidmətlərə 1 ilə başlayan, üç xanalı rəqəm verildiyi üçün, əgər 1 düyməsinin üzərində də hərflər olsaydı, mobil telefonunuzla mesaj göndərirkən, daha üçüncü hərfdə bu xidmətlərdən birinə avtomatik olaraq bağlana bilər və onların stansiyalarını boş yerə işğal edə bilərdiniz.

“0” isə bilindiyi kimi daxili stansiyalarda operatorla əlaqədə, mobil telefonlarda ilk yığılan nömrədir. Əgər bu “0” düyməsinin üzərində hərf olsaydı, daha o hərfə basar-basmaz doğrudan stansiyaya bağlanacaq və stansiyaların kilidlənməsinə səbəb ola biləcəkdi.
Təbii ki, telefonun üzərində olan on rəqəm düymələrinin ikisinə hərf qoymayınca, yerdə qalan səkkiz düyməyə 24 hərf yerləşdirə bilmişlər və bu halda İngilizcə’də ən az istifadə olunan “Q” və “Z” hərflərinə düymələrin üzərində yer qalmamışdır.

İndiki mobil telefonlarında “1” və “0”ın üzərində hələ ki, hərf yoxdur, amma texnologiyanın inkişaf etməsi sayəsində, bir düyməyə dörd hərf qoyula bildiyindən, “Q” 7 düyməsinə, “Z” isə 9 düyməsində özlərinə yer tapmışdır.

İyul 18, 2011 - Posted by | news | , , , , , , ,

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: