sahilememmedova

Just another WordPress.com site

Bizim en boyuk hediyyemiz-HEYATIMIZDIR….

Həyat Tanrı tərəfindən bizə bəxş edilən ən gözəl və ən dəyərli hədiyyədir… Həm də qarşılığını heç bir şəkildə ödəyə bilmədiyimiz və heç zaman da ödəyə bilməyəcəyimiz əvəzsiz bir hədiyyə…
Bizsə bu həyata sadəcə yaşamaq üçün deyil, həm də bəzi missiyaları yerinə yetirmək üçün gəlirik…
Yaxşı, ya da pis…
Allahın bizə verdiyi ağılla, dərk etdiyimiz, özümüzə uyğun gələn bir şəkildə bunu yerinə yetiririk…
Bəzən birilərinə ümid işığı oluruq, bəzən birilərinə sevinc bəxş edirik, bəzən birilərinin dəyərlisi oluruq, bəzən də birilərini xəyal qırıqlığına uğradırıq… Həyata bir şəkildə əməllərimizlə rəng qatırıq…

Bəzən birini gördüyümüzdə beynimizdə o insan haqqında yalnız müsbət fikirlər yaranır… Düşünürük ki, o insan həyata yalnız yaxşı əməlləri ilə seçilmək, insanlara xoşbəxtlik bəxş etmək üçün gəlib…
Bu artıq onun həyatdakı dəyişilməz missiyasıdır… Demək Tanrı bu insanı məhz bunları etmək, insanlara faydalı ola bilmək üçün yaradıb…
Bəzən birini gördüyümüzdə o insan bizdə heç də xoş olmayan fikirlər yaradır… Öz mənfi aurası ilə seçilən bu insanlar həyata sanki birilərini üzmək, öz pis niyyətlərini həyata keçirmək, başqalarının bədbəxtlikləri üzərində öz “xoşbəxtlik”lərini qurmaq üçün gəliblər…

Biz də bu həyatın sakinləri olduğumuzdan demək öz əməllərimizlə onu rəngləndirik… Öz hərəkətlərimizi göz önünə gətirib onu araşdırdığımızda bəzən haqlı, bəzən də haqsız olduğumuzu düşünürük… Çalışırıq ki, etdiklərimizdən dərs alaq… Səhvsə bir də təkrarlamayaq…

Görəsən hər zaman etdiklərimizdən razı qalırıq?
Və ya bu həyatdakı missiyamızdan razıyıq?

İyul 18, 2011 - Posted by | My world | , , , , , , , ,

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: