sahilememmedova

Just another WordPress.com site

sen menim…..

Səni sənə anlatmaq istəyirəm
Səni sənə tərif etmək
sənə məndəki səni izah etmək istəyirəm
Çöldə gözəl bir bahar var
Pəncərəni açıb çiçəklərin ətrini içinə çəkmək istəyirsən
quşlar cəh-cəh vurur, rənbərəng kəpənəklər uçur
Baxırsan və bu gözəllikdən doymursan..
Bax sən mənim BAHARIMSAN!

Səni sənə anlatmaq istəyirəm
Səni sənə tərif etmək
sənə məndəki səni izah etmək istəyirəm
İsti səhrada gəzərkən susayırsan və bir sərin içki tapırsan
Kimsənin olmadığı adada qumda uzanıb günəşlənirsən
Ən hündür zirvəyə çıxıb onun adını var gücünlə bağırırsan
Soyuq qış axşamında yastığını o zənn edib bərk-bərk qucaqlayırsan
Bax sən mənim XƏYALLARIMSAN!

Səni sənə anlatmaq istəyirəm
Səni sənə tərif etmək
sənə məndəki səni izah etmək istəyirəm
İllər sonra çox sevdiyin bir dostunu görürsən
2 manatlıq kupona ev udursan
evə gəldiyində anan ən sevdiyi yeməyi bişirdiyini görürsən
İstədiyin hədiyyəni sənə aldıqlarını görürsən
Sevincindən dəli kimi qışqırırsan…
Bax sən mənim tükənməz SEVİNCİMSƏN!

Səni sənə anlatmaq istəyirəm
Səni sənə tərif etmək
sənə məndəki səni izah etmək istəyirəm
Gecələr dəniz kənarında ulduzlara baxmaq
ay işığı altında səninlə əl-ələ tutub qaçmaq
Yuxu nədir bilməyərək onunla olmaq
Günəşin çıxmasına qədər səni qucaqlamaq
nə qədər xoşdursa…
Bax sən mənim bitməyən GECƏMSƏN!

Səni sənə anlatmaq istəyirəm
Səni sənə tərif etmək
sənə məndəki səni izah etmək istəyirəm
Sevirəm içində birini gizlicə
toxunmaq istəyirəm sənə bacara bilmirəm
yanaqından öpmək istəyirəm edə bilmirəm
sənin gözlərinin içinə baxıb nə qədər sevdiyimi demək istəyirəm
amma sadəcə səni arzu edə bilirəm…
Bax sən mənim gerçəkləşməyən ARZUMSAN!

Mən daha sənə bunları yazmayacağam…
Mən sənə sadəcə 1 cümlə yazacağam…
Yadındadır sənə deyirdim mən hər gecə yatmazdan öncə Allaha DUA edirəm.
Bax mən Allahdan hər gecə…
* Səni dünyaya bəxş etdiyi üçün ona təşəkkür edirəm…
* Səni mənə verdiyi üçün ona şükr edirəm…
* Səni hər bəladan, acı gündən, kədərlənməkdən, ağlamaqdan, pis günlərdən qoruması, üzündəki o şirin təbəssümün əksilməməsi üşün DUA edirəm…
Çünki SƏN MƏNİM DUALARIMSAN!

İyul 16, 2011 - Posted by | My world | , , , , , , , ,

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: