sahilememmedova

Just another WordPress.com site

Oyrenek…

*Rahat olmağı öyrəndim… Ölümün xaricində heç bir şey göründüyü qədər əhəmiyyətli və təcili deyil…
*Gümrah və şən olmadığım zaman bunun heç kimin günahı olmadığını və gülümsəməyimin lazım olduğunu öyrəndim…
*Cəsur olmağı, deyilsəm belə, elə davranmağı öyrəndim.
*Heç kimin sirr saxlamadığını öyrəndim…. Çünki hər kəs birinə söyləmək ehtiyacı hiss edir…
*Cavabını bilmədiyim və əmin olmadığım mövzularda bilmirəm deməyn daha faydalı olduğunu öyrəndim…
*Ağızımı çox açmadıqca çox səhv etmədiyimi öyrəndim…

*Müvəffəqiyyətə çıxan bir lift olmadığını,dırmaşmaq lazım olduğunu öyrəndim…
*İnsanların mənə yalnız mən icazə verdiyim şəkildə davrana bildiklərini öyrəndim…
*Qısqanclığın xoşbəxtliyin düşməni olduğunu və xoşbəxt olmaq üçün başqalarına güvənməyin sonsuza qədər məyus etdiyini öyrəndim…
*İnsanların özündən daha az müvəffəqiyyətli insanlarla müvəffəqiyyətini, bədbəxt insanlarla xoşbəxtliyini danışmamağının lazım olduğunu öyrəndim…
*Başqaları üçün mənfi düşünüb mərhəmətsiz və incidici olanların əslində gücsüz kəslər olduğunu və sevgini yalnız güclü insanların bildiyini öyrəndim…
*İnsanlara artıq hirslənmirəm, çünki, həyatlarında səhvləri, problemləri, bədbəxtlikləri olan insanların qarşılarındakıları öz yerlərində görməyə çalışdıqlarını öyrəndim…

*Mən bu səhvi necə etdim demək yerinə,ən mükəmməl düşünənlərin belə səhv edə biləcəyini,əhəmiyyətli olanın dərs alıb təkrarlamamaq olduğunu və yeni səhvlərdən daha az zərərli çıxmağı öyrəndim…
*Həyatdakı ən əhəmiyyətli həllin nəyin əhəmiyyətli olduğuna qərar verib,yerdə qalanını zibilə atmaq olduğunu öyrəndim…
*Məni tənqid edən,mənə nələrsə demək bacarığını özündə hiss edən insanlara cavab verməməi öyrəndim..Çünki,bu heç zaman bitməyəcək..
*Yalnız dərs almaq üçün arxama baxmağı, yalnız yüksək səslə düşünə bilmək üçün məsuliyyəti bir başqasına izah etməyi öğrendim ..Həll üçün deyil..
*Qeyri-mümkün deyə bir şey olmadığını, çox istədiyimdə qeyri-mümkünü əldə edə bildiyimi, əsl döyüşü uda bilmək üçün kiçik vuruşmaları itirməyi nəzərə almağı öyrəndim..
*Zamanı və sözləri diqqətsizcə istifadə etməməyi öyrəndim..Çünki,sonra sözümü geri götürə bilmərəm..

*Nə qədər səy göstərirsəm göstərim, bəzilərinin bədbəxtlik üçün hər zaman səbəbinin olduğunu öyrəndim… Artıq səy göstərmirəm..
*Əhəmiyyətli olan şeyin başqalarının mənim haqqımda nə düşündükləri deyil, mənim özüm haqqındakı düşüncələrim olduğunu öyrəndim… Özümü mühakimə edirəm…
*Bağışlamaq və Unutmaq… Əgər güclüsənsə bacara bildiyini və kin tutmağın məni narahat etdiyini öyrəndim…
*Harada və hansı şərtlər daxilində olursa olsun yaşadığım yeri gözəlləşdirməyi öyrəndim…
*Davamlı olaraq “mən dürüstəm”, “mən düzgünü deyirəm”, “sən fərqlisən” deyənlərdən şübhələnməyi öyrəndim…
*Vəziyyət nə qədər dəhşətli olursa olsun, soyuqqanlılığımı itirməməyi, gülümsəməyi, hər şeyi mənfi və pis düşünən bədbəxt olan insanlardan ayrı qalmağı öyrəndim…

*Məni hirsləndirən birinə cavab verməzdən əvvəl 10 saniyə düşünməyi, nəfəs almağı və özümə sakitləşdirmək üçün vaxt ayırmağı öyrəndim…
*Bu günki hər kədərimin və hər ağrımın mənim sabahkı xoşbəxtliyimi hazırladığını öyrəndim…
*Etmək istədiklərimdən əsla imtina etməməyi, böyük xülyaların gerçəklərdən daha güclü olduğunu və bacarmağın ən qısa yolu olduğunu öyrəndim…
*İtirəcək nəyim var demək yerinə , yaşadığım hər şeydə qazanacaq çox şeyim var deməyi öyrəndim…
*Həyatı lazımından çox ciddi qəbul etməməyi öyrəndim…
*Ən əhəmiyyətlisi özümə gülməyi, özümlə əylənməyi, özümü sevməyi öyrəndim…

İyul 16, 2011 - Posted by | My world | , , , , , , ,

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: