sahilememmedova

Just another WordPress.com site

Yeniden basla….

Burda “Stop” deyin.. Saxlayın hər şeyi.. “Replay” basın.. Bu oyuna yenidən başlamaq istəyirəm..Son şansım qalıb..uduzsam,sondu.. Yenidən başladın oyunu… Eyni səhvləri etməyəcəm.. Sevməyəcəm. Ağlamayacam. Istəməyəcəm. Sadəcə yaşayacam, yəni oynayacam. Digər insanlarla onların oynadığı kimi oynayacam.. Oyunun qaydalarına uygun.. Qəddar olacam. Göz yaşlarına aldanmayacam. Özümdən başqa heç kimə inanmayacam.. Gedənlərin arxasınca baxmayacam.. Gedənə qal deməyəcəm – indiki kimi..

Bəlkə onda yıxaram içimde pessimistliyi.. Bəlkə onda qalib gələrəm həyata.. Bəlkə onda sıxmaz bu divarlar məni..

Öz istəklərimlə yaşamaq istəyirəm.. Amma kimisə qırmaq da istəmirəm.. Bilirəm qəddar olmaq lazımdı həyatda.. Amma bacarmıram..

Əslində peşman deyiləm etdiklərimə görə.. Amma belə olmasını da istəmirdim.. Bilirəm, getdikcə hər kəs uzaqlaşacaq məndən.. Yanımda heç kim qalmayacaq.. Yenə mən və divarlar qalacaq.. Elə buna görə də qorxuram gələcəkdən.. Təklikdən qorxuram artıq.. Çünki tək savaşacaq gücüm qalmayıb.. Amma başqalarına da güvənə bilmirəm
Bəzən qışqırmaq istəyirəm.. Etiraz etmək istəyirəm.. Amma səsim içimdə əks-səda edir.. Kimsə eşitmir onu.. Yenə səssizləşirəm.. Cəmiyyətdən kənara çəkilirəm.. Hər kəs mənə dəli kimi baxır.. Bəlkə də dəliyəm.. Bəlkə də yox.. Sadəcə acizəm həyat qarşısında… Səhvlərimi özümə bağışlaya bilmirəm.. Sıxılır ürəyim.. Divarlar üstümə gəlir.. Yox olur dostlarım.. Tək qalıram.. Həyat və mən üz-üzə.. Yenə uduzuram ona.. Yenə bir dostumu aparır.. Amma “qal” deyə bilmirəm.. Yenə səssizlik çökür həyatıma.. Mən,mahnılar,dağılmış arzular,ölmüş ümidlər,gecikmiş fikirlər,itirilmiş dostlar – həyatla mübarizədən mənə qalanlar..
Offf… Başa çəkin bu oyunu.. Qalib gələcəm.. Yenidən başladın.. Qaytarın hər şeyi geri.. Tek qalmaq istəmirəm.. Silin yaddaşımı, kecmişi xatırlamayım… Bağlayın gözlərimi, səhvlərimi görməyim.. Verin mənə uşaqlığımı… Qaytarın hər şeyi… Tez olun… Gücüm tükənir artıq… Tez.. Tez…

– Yalvarma.. Heç nə geri qayıtmayacaq.. Bu oyunda Replay yoxdu…

İyul 10, 2011 - Posted by | My world | , , , , , , , , ,

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: