sahilememmedova

Just another WordPress.com site

Kas ki tez boyuyeydim….(dilime yara cixsin))))))))))

“Kaş tez böyüyərdim”… Hər şey bu arzumla başladı. Nə biləydim bu arzumla həyatıma divarlar hörürəm. İndi o 4 divar arasındayam. Səninlə bərabər olduğum o yaşıl bağ yoxdu artıq. Arzumun çin olması ilə səni itirdim. Sən gedən sora içimdə bir xəstəlik başladı birdən. Bu elə amansız bir xəstəlikdi ki, parazit kimi bütün duyğularımı gəmirir. Hakim ola bilmirəm ona, hökm edə bilmirəm. Xəstəliyim nə?! Sənsizlik!!! Gecdi bilirəm amma səni geri istiyirəm. Nə vaxt getdiyini hiss etmədim, bir gün oyandım artıq yoxsan. Yəqin mən yuxuda olarkən getmisən. Əminəm 1 dəfə də olsa geri dönüb baxmısan amma geri dönməkçün bir səbəb görməmisən və GETMİSƏN… Məndə hər şey dəyişib, həyat tərzim düşüncələrim hər şey amma mən sevmədim e belə yaşam tərzini. Bəzən mənə elə gəlir ki, geri dönmüsən, səhərə kimi evcik-evcik oynamaq istiyirəm, sonra fikirləşirəm: “nə axmaq fikirdi bu”. Bunu fikirləşmək özü ağır gəlir, çünki onda başa düşürəm ki, sən geri qayıtmamısan. Hər kəs deyirki sən mənim daxilimdəsən, göydəsən, ordan mənə baxırsan! Amma nədənsə mən səni hiss eləmirəm. Həyatdan maşın, ev, iş, ağ atlı şahzadə istəmişdim indisə deyirəm:

Yox! Yox! Həyat mən səndən bunların heç birini istəmirəm, mən səndən 4il qabaq aldığını istəyirəm. Bunların heç biri olmasın yalnız onu istiyirəm. Yarım qalmış məhəbbət yalnız qız və oğlan arasında qalan məhəbbət deyil. Mənim məhəbbətim də yarım qalıb, amma mənim məhəbbətim başqa məhəbbətdir. Bu məhəbbət mənim və hamının həyatında olan uşaqlığa və sənsizliyə bəslədiyi məhəbbətdir… İndiysə arzulayıram “KAŞ UŞAQLIĞIM GERİ DÖNƏRDİ”. Səni arzulamıram belə.. Artıq dönməyəcəyinə əminəm! Ola bilsin bu arzum da mənim nələrisə itirməyimə səbəb olsun amma mən yenə də daxilimdəki uşaqlığın qayıtmağını istəyirəm..

İyul 10, 2011 - Posted by | My world | ,

2 Şərh »

  1. yine her zaman ki gibi mükemmel makalelerinden birisini okudum…Tam bir profesyonelce yazılmış…içi hüzün , hasret, üzüntü ve en önemlisi sanırım kocaman bir PİŞMANLIK kokan bu yazın, sanki günah çıkarma gibi bir yazı…

    Şərh tərəfindən dogubey6880768 | İyul 11, 2011 | Cavabla

  2. supper sahileeeeeeeeeeee:)))cox beyendim)))

    Şərh tərəfindən daypoint | İyul 12, 2011 | Cavabla


Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: