sahilememmedova

Just another WordPress.com site

Angels….

Uzaqlarda… Çox uzaqlarda… Səmanın dərinliklərində, harda ki, hər səhər bəmbəyaz buludlar şəfəqə bürünər… Harda ki, hər gecə tənha ay par par yanan ulduzları sayar… Harda ki, günəşin qızılı şüaları sonsuzluqla qovuşar… Orda bu dünyanın ən gözəl məxluqları yaşayır, orda Mələklər yaşayır.
Onların günləri qayğısız keçir. Onlar bütün gün içlərə sərinlik gətirən küləyin xoş musiqisi altında yağış damcıları ilə rəqs edirlər. Onlar bütün gün hər rəngi başqa bir sevinc bəxş edən göyqurşağı ilə oynayırlar.
Onlar kədərlənmirlər, onlar ağlamırlar, onlar sevinmirlər – çünki onların hissiyyatı olmur. Onların həyatı parlaq səma işığına qərq olmuş sonsuzluqdur, ölümsüzlükdür. Onlar yalnız gülüş və əyləncəni bilirlər, onlar aldatmaq və xəyanət etməyi bacarmırlar. Onların qəlbləri günahsız göz yaşlarından belə safdır. Ən əsası onlara sevmək qadağandır, çünki onların müqəddəs vəzifəsi başqalarının sevgisini qorumaqdır- adi ölümlü insanların sevgisini qorumaq…
Mələklər həmçinin gözəl yuxular bəxş etməyi bacarırlar. Hər gecə onlar bəmbəyaz buludlardan yerə enərək insanların ruhunu pambıq kimi yumşaq qanadları ilə örtürlər. Ancaq bunu yuxularında yalnız həqiqi sevgiyə malik olanlar görə bilər. Ən gözəl hissləri insanlara bəxş edib mələklər dan yeri sökülən zaman nazlı günəşin şəfəqlərinə qarışaraq geri qayıdırlar.
Bundan onlar kədərlənmirlər, çünki onlar acının nə olduğunu bilmirlər. Bütün insani həyacanlar, narahatlıqlar onlara yaddır. İnsanlar çox xırdaçıdırlar, ancaq mələklər isə bütün bunlardan çox yüksəkdədirlər.
Şeh damcılarında yuyunan, qar dənəcikləri ilə rəqs edən, okeanın dərinliklərinə süzülən mələklər heç vaxt öldürməyi bacarmırlar – nə ruhu, nə cismi….
Ancaq bəzən elə hallar da olur ki, mələyin qəlbində onlar üçün qadağa olunmuş hisslər baş qaldırır. Onlar ölümlü insanlara aşiq olurlar. Mələklərin sevgisi isə çox güclü duyğudur. Aşiq olduqları zaman daha onlar öz hisslərini insanlara vermirlər, insanların qoruyucuları olmurlar. Və bu baş verdikdə o mələk göylər üçün lazımsız olur, və onu həmişəlik göylərdən qovurlar. Sonsuzluğun özü o mələkdən qanadlarını və ölümsüzlüyü alır, bu zaman o yerə enir. O adi inasn olsa da qəlbi əvvəlki kimi saf və ləkəsiz olur. İnsanlara sevinc bəxş edərək yer üzünə xoşbəxtlik gətirər, eyni zamanda sevməyi də bacarar. Və onda başqa bir mələk onu qoruyar, nağıl kimi yuxular bəxş edər…

İyul 10, 2011 - Posted by | My world | , , , , , , ,

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: