sahilememmedova

Just another WordPress.com site

Zeytun barede

Qurani-Kərimdə zeytun, xurma və üzümün adı xususilə vurğulanır.

Nəhl surəsinin 11-ci ayəsində buyurulur:… .
Sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir.

Nə üçün ayədə zeytun, xurma və üzümün adı xüsusilə çəkilir?
Bəziləri həmin dövrdə Ərəbistanda bu meyvələrin geniş yayıldığını səbəb göstərirlər. Lakin Quran hökmləri zaman və məkanla məhdudlaşmadığı üçün həmin fikir qəbul edilə bilməz.
Həyatını bağçılığa sərf etmiş böyük alimlərin fikrincə, meyvələr arasında bu 3 meyvə qədər qidalısı yoxdur. İnsan orqanizmi üçün zeytun yağı qədər faydalı ikinci bir yağ məlum deyil. Bu yağ orqanizmin enerji ehtiyaclarının ödənilməsində olduqca mühüm rol oynayır. Əksər yüksək kalorili yağlar çətin həzm olunursa, zeytun yağı həzm prosesinə kömək edir. Həzrət Əli (ə) buyurur:

Zeytun yaxşı qidadır. Ağızda xoş qoxu yaradır, bəlğəmi aparır, üzə təravət verir, əsəb sistemini gücləndirir,q əzəb alovunu söndürür. Bütün bu əhəmiyyətlərinə görə, Quranda zeytun mübarək ağac adlandırılır.
Ayədə zikr olunmuş ikinci meyvə – xurmanın tərkibi, kalsium və fosforla zəngindir. Kalsium sümükləri möhkəmləndirir, fosfor beyinin fəaliyyətini tənzimləyir. Xurma əsəb yorğunluğunu aradan qaldırır, görmə qabiliyyətini artırır.Son dövrdə aparılan araşdırmalara əsasən, xurmanın çox yeyildiyi məntəqələrdə xərçəng xəstəliyinə az təsadüf olunur.

Üzümü təbii əczaxana adlandırırlar. Xüsusiyyətlərinə görə ana südünə oxşar olan ətdən iki dəfə çox bədənin hərarətini artırır. Üzüm zəhəri təsirsizləşdirir, qanı saflaşdırır, revmatizmi aradan qaldırır və güclü mikroböldürücü təsir göstərir. Həzrət Peyğəmbər (s.a.v) buyurur: Sizin üçün ən yaxşı təam çörək, ən yaxşı meyvə isə üzümdür.

İyul 6, 2011 - Posted by | Uncategorized

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: