sahilememmedova

Just another WordPress.com site

Xeyal qehramanimiz kimdir???

Atadır yetim bir qızın xəyal qəhrəmanı.Hər gecə yuxusunda gördüyü amma üzünü heç zaman görmədiyi.Adını daim eşitdiyi amma heç zaman toxuna bilmədiyidir xəyal qəhrəmanı..bəlkə gördü,bəlkə görmədi..

Sevgidir kiminin xəyal qəhrəmanı.Başqalarında görüb qısqandığı,ama özünün tapa bilmədiyi,çata bilmədiyidir qəhrəman.Ürəyinin ağrısıdır o qəhrəman..bəlkə sevdi,bəlkə sevmədi..

Ağ atlı şahzadədir 1 qızın xəyal qəhrəmanı.Onun üçün uzun yol gələn,mübarizə aparan və ona çatmağa çalışan.Məqsədlidir o qəhrəman..bəlkə gəldi,bəlkə gəlmədi..

Təbəssümdür bir insanın xəyal qəhrəmanı.Hər acıya inad,hər dərdə, hər kədərə.Hər göz yaşına inad qəhrəmandır o..bəlkə güldü,bəlkə gülmədi..

Göz yaşıdır kiminin xəyal qəhrəmanı.Təbəssümə inad,xoşbəxtliyə,sevincə inad qəhrəmandır o..bəlkə axdı,bəlkə axmadı..

Sağlamlıqdır bir xəstənin xəyal qəhrəmanı.Görməyən gözünə,tutmayan əlinə,gəzə bilməyən ayağına,danışa bilməyən dilinə,kiminin də mənəvi xəstəliyinə inad qəhrəmandır o..bəlkə tapdı,bəlkə tapmadı..

Puldur kiminin xəyal qəhrəmanı.Əzilən cisminə,çata bilməyən arzularına,gələcəyinə inad qəhrəmandır o..bəlkə oldu,bəlkə olmadı..

Adi bir Səsdir tənhanın xəyal qəhrəmanı.Onun heç duymadığı,duymaq istədiyi qəhrəmandır o..bəlkə duydu,bəlkə duymadı..

Cavabdır kiminin xəyal qəhrəmanı.Ömrü boyu axtardığı amma heç kimdə tapa bilmədiyi “niyə”lərin qəhrəmanıdır o.Cavabını bəlkə aldı,bəlkə almadı..

Ümiddir kiminin xəyal qəhrəmanı.Gələcəyə bir işıqdır.Keçmişdən qoruduğu qəhrəmandır o..bəlkə tutdu,bəlkə tutmadı..

Mərhəmətdir bəzilərinin xəyal qəhrəmanı..etdiyi qəddarlıqlara,mərhəmətsizliyə,zalımlığa inad..itirdiyi insanlığa inad qəhrəmandır o..bəlkə döndü,bəlkə dönmədi..

İsti bir Yuvadır yetim uşağın xəyal qəhrəmanı.Soyuqdan donmaya inad qəhrəmandır o..bəlkə…bəlkə də..

Məhv olmuş xəyalların bərpasıdır mənim xəyal qəhrəmanım.Bərpası çox müşkül olan qərəmandır o.Bir də o qəhrəmanı bəlkə xəyal etdim,bəlkə yox..

İyul 6, 2011 - Posted by | My world | , , , , , , , ,

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: