sahilememmedova

Just another WordPress.com site

Kisilerin xasiyyeti saclarinda))))))

Saç düzümünə əsasən kişinin xasiyyətini müəyyənləşdirmək olur. Yəqin ki, tanış olduğunuz insan haqda daha çox məlumata sahib olmaq istəyirsiniz. Elə isə kişinin saç düzümünə fikir verməyi unutmayın. Çünki saç düzümü insan haqda çox söz deyir.

Qısa saçlar

Psixoloqlar deyir ki, saçlarını hər zaman qısa kəsən kişilər nəfsinə qalib gəlməyi bacarırlar. Xaraktercə qüdrətlidirlər. İncəsənətdən səthi zövq alırlar. Əyləncəni və rəqs etməyi isə çox sevirlər. Bəzən inadkar olurlar,insanları sevmirlər.

Uzun saçlar

Uzun saç düzümünə sahib olan kişilər sənət mübtəlasıdır. Bu kimi kəslər hər hansı sənət sahəsində özlərini sınaqdan keçirməsələr rahatlaşa bilməzlər. Uzun saçlı kişi həm də nəzakətli və həssas olur. Sevdiyi işi ciddi qəbul edir və çox vaxt sədaqət göstərir.
***
Saçları qabarmadığı haldasaç kremindənçoxistifadə edənkişilərqərarsızolurlar. Onlara güvənmək olmaz. Ətrafında səmimi dostları çox az olur.
***
Saçlarını parıldadıb başına yapışdıran kişi başqalarına güvənir və öz şirin canını çətinliyə salmaqdan qorxur. Üzsüzdür, təhqirlərə də gülərək cavab verir.
***
Saçını yandan ayıran kişi təmkinli və qüdrətlidir. Xarakteri sabitdir. Macərasız, dalğasız, fırtınasız, sakit bir həyat sürər. Həyatı yalnız özünün çəkdiyi dar çərçivələrlə məhdudlaşır. Mülayim, mehriban və dözümlü olduğu üçün tanışları onu çox sevir.
***
Saçını ortadan ayıran kişi sırf yenilik olsun deyə hər işə qatlaşır. Elə buna görə də başı hər zaman qalmaqaldadır. Yaxınları onu bu vərdişdən nə qədər yayındırmağa çalışsa da bacarmırlar. Çünki belə kişilər hazırcavab olurlar və deyilənləri bir qulağından alıb o birindən ötürürlər.
***
Saçlarını heç ayırmadan arxaya darayan kişi enerjili olur. Zahiri görkəminə o qədər də diqqət yetirmir. Qüvvətli şəxsiyyətdir. Qətiyyən başqalarının təsiri altına düşmür. Kitab oxumağı və incəsənətlə məşğul olmağı çox sevir. Hər zaman məşğul olduğu üçün başqalarına da çox vaxt ayıra bilmir.

İyul 4, 2011 - Posted by | Uncategorized | , , , , , ,

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: