sahilememmedova

Just another WordPress.com site

Kash ki “kashki” olmasaydi….

Kaş ki yanımda ola bilsəydin…
Kaş ki səhifələr dolusu acılarımı oxuyub
Ağlarkən seyr edə bilsəydim səni…
Və kaş ki bilsəydim yaşadığın bütün acıları
Yaşaya bilsəydim səninlə bütün xəyallarını
Və kaş ki uça bilsəydim səninlə buludların üzərində …
Kaş ki oyana bilsəydim səninlə yaşanmamış sabahlara
Səninlə silə bilsəydim yaşadığımı zənn etdiyim illəri …
Və kaş ki illərə möhtac olmasaydı ürəyim səni unuda bilmək üçün …

Bilə bilsəydin sənsizkən necə mahnılarla dərdləşdiyimi
Kaş ki heç susmasaydı yazdığın şeirlər
Və kaş ki şeiri yaşaya bildiyim qədər yaşaya bilsəydim səni …
Kaş ki mən bu qədər vicdanlı olmasaydım
Çıxara bilsəydim ürəyimi yerindən
Kaş ki bu qədər qorxmasaydım senin keçmişindən …
Tutulmasaydım bu qədər gözlərinə
Kaş ki heç baxmasaydın üzümə …

Və kaş ki mən bu qədər sevməsəydim baharı
Kaş ki bir saniyə qoxlasaydın sənə uzatdığım çiçəkləri …
Və kaş ki sevə bilsəydin mənim sevdiyim qədər
İkinci baharın ola bilsəydim tükənməmiş günlərində …
Və kaş ki ölə bilsəydim dodaqlarında …
Kaş ki mən soruşmasaydım özümdən nə olacaq halım deyə
Və kaş ki uzana bilsəydim dizlərinə və bir şeir oxuya bilsəydin mənə…
Kaş ki yana bilsəydim sənin ovuclarında
Yanan ürəyimə bir damla suyu çox görməsəydin …

Və kaş ki yaşaya bilsəydim səni şeiri yaşadığım qədər …
Kaş ki bir şeir olsaydı sevgimin meyvəsi
Onu böyüdə bilsəydim səni gözlərkən…
Və kaş ki birlikdə biz ola bilsəydik əl-ələ …
Və kaş ki dediyin kimi bizi heç kimin tanımadığı bir məkan ola bilsəydi yer üzündə…

Və kaş ki “Kaş ki” lər olmasaydı həyatımızda …

İyul 4, 2011 - Posted by | My world | , , , , , , , ,

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: