sahilememmedova

Just another WordPress.com site

Her sey OKdi bes OK nedi???

Elə sözlər var ki, onu dünyanın istənilən yerində işlətsən,qarşındakı həmsöhbətin sənin nə demək istədiyini dərhal başa düşəcək.Belə sözlərin yarışı keşirilsə Okey sözü birinci yer qazanar.Çünki onun buna haqqı da var. Ona görə ki, Okey dünyada ən çox işlədilən ifadələrdən biridir. Bu sözü artıq bir simvol kimi hər yerdə qəbul edirlər.Okey – yəni hər şey əladır!
Eldən-elə, dildən-dilə düşən bu ifadə necə yaranıb? Bütün yaxşı şeylərə olduğu kimi Okeyə də şərik çıxan çoxdur. Ən geniş yayılan bir neçə versiyanı incələmək imkanımız var.

1. O.K. sözü ABŞ prezidenti Martin Van Burenin doğulduğu şəhərin qısaldılmış adıdır. Nyu-York ştatının Old Kinderhook şəhərində doğulan Van Buren 1840-cı ildə keçirilən seçkiöncəsi təbliğat kampaniyasında bu sloqandan geniş istifadə edib – “Old Kinderhook is O.K.” Demokrat partiyasından namizədliyi dəstəklənən Van Burenin gənc tərəfdarları bu sözü ölkənin hər yerinə həvəslə yayıblar.

2. Bu söz 1839-cu ildə Bostonda çap olunan qəzetlərin birində ilk dəfə işlədilib. “Hər şey düzdür” (oll correct) ifadəsinin abbreviaturası kimi qəbul olunub.

3. Cekson ABŞ prezidenti kimi rəsmi yazışmalar zamanı sənədlərə dərkənar qoyarkən (all correct) bu sözdən istifadə edirmiş.Çox zaman dövlət başçısı dərkənarı qısa yazırmış-“O.K.”

4. Müharibə zamanı fransızlar canlı itkilər barədə gündəlik raport verərkən bu ifadədən yararlanıblar- “0 Killed. Yəni itki yoxdur”. İkinci Dünya Müharibəsi illərində ingilislər də bu üsuldan istifadə ediblər. Hərbi təyyarəçilər bazaya qayıdarkən uçuşun uğurla başa çatdığını, heç bir problemin olmadığını izah etmək üçün “O.K.” ifadəsi işlədiblər.

İyul 2, 2011 - Posted by | news | , , , , , ,

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: