sahilememmedova

Just another WordPress.com site

Eslinde siyaset nedir???

Siyasət – dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsidir. Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir.

“Siyasət” termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası “at təlimi” deməkdir. Bir çox qərb ölkələrində, məsələn ingilisdilli ölkələrdə, “Politics”, almandilli ölkələrdə isə “Politik” terminini istifadə edirlər. “Politics/Politik” sözü yunan sözü olan “Polis” sözündən götürülüb. “Polis” sözünün mənası şəhər deməkdir. Siyasət sözünü müasir zamanda cəmiyyət daxilində aparılan məqsədyönlü bir iş kimi başa düşmək olar.

Politologiya elmində “siyasət” termini siyasi və dövlət hakimiyyəti uğrunda mübarizə kimi qəbul edilir.

Siyasət mövcud cəmiyyətdəki siyasi münasibətlər, siyasi institutlarsiyasi ideologiya vasitəsilə həyata keçirilir.

  • Birinci tərəf böyük insan qrupları arasında siyasi hakimiyyətə nəzərən olan münasibətləri ifadə edir.
  • İkinci vətəndaşların siyasi fəaliyyətinin təşkili formalarını, siyasi təşkilatlatı əhatə edir.
  • Üçüncü tərəf insanların siyasi fəaliyyətini şüurda sistemli şəkildə əks etdirən baxışların, ideyaların və nəzəriyyələrin məcmusudur

İyun 23, 2011 - Posted by | Uncategorized

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: