sahilememmedova

Just another WordPress.com site

Umid….

    Nə qədər ümidsiz, ya da bədbəxt olduğunu düşünsən yenə də üz döndərmərsən həyatdan… Çünki sənə qarşılıqsız verilən tək şeydir həyat… Bəzən yıxılıb, yenidən ayağa qalxmağına baxmayaraq… İtirmə ümidini, cünki insanı həyata bağlayan 2 şey vardır: biri xoşbəxt olmaq, biri də ümidli olmaq… Bir şeyləri bacarmaq üçün xoşbəxt və ümidli olmağın lazımdır… Çünki əzm etmənin, səbr etmənin tək səbəbi ümidindir… Qalibiyyət əldə edə bilmə ümidin… Üz döndərmə həyatdan… Yaşayacaqların, insani xoşbəxt edəcək şeylər o qədər çoxdur ki… Bəzən kiçik bir hədiyyə, bəzən yalnız bir gülümsəmə, xoşbəxt edər insanı…
İmtina etməməli həyatdan…Nə qədər çox acı çəksəndə… Elə uzundur ki, insan həyatı… Kimi zaman gülərsən, kimi zaman da ağlayarsan… Bəlkə də həyatın heç gülmədiyini, şans vermədiyini düşünərsən… Halbu ki, öz şansını özü yaratmazmı insan…

Yaşamaq… Ən gözəl şey dəyildirmi… İnsana hər duyğunu daddıran… Bəzən hüzün, bəzən qucaq dolusu sevgi, bəzən də kiçik bir gülüş… Hər zaman dümdüz bir xətt olsaydi həyat, yəni hər vaxt xoşbəxt hiss etsəydik özümüzü zövq alardıqmı həyatdan?.. Ala bilməzdik, çünki insanın təbiətində xoşbəxt olmaq qədər, üzülmək, ağlamaqda vardır… Hayatımızın duzu, istiotudur… İnsan hər şeyini itirə bilər… Evini, maşının, sevdiyini, hətta həyatını da… Amma insanın əlindən itməyəcək tək şey ümiddir… Bəzən kiçik bir damla ümid yaşadar insanı… Ümid etməli yaşayarkən… Ümid etməli, çünki o zaman bacarar insan, o zaman xoşbəxt olar… Ümid etməkdən imtina etməməli… Çünki insanın əlindən alınmayacaq tək şey ümididir… Yaşamaq sevməksə, sevmek əgər xoşbəxt olmaqsa, hər zaman xoşbəxt olmalı insan… Bir seyi sevməli hər zaman… Bəzən birini, bəzən bir seyi, bəzən kiçik bir oyuncağı sevmek o qədər güclü bir duyğudur ki…
Gün gəlir Cənnət olar insanı şənləndirən, içini yaşıllaşdıran… Gün gəlir Cəhənnəm olar insanın ürəyini əridən… Sevməli insan kiçik bir ümidi olsa belə…

İyun 22, 2011 - Posted by | My world | , , , , , , , , , , ,

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: