sahilememmedova

Just another WordPress.com site

Heyatdan ne oyrendim???

“Həyatdan nə öyrəndim…?!”
Sonsuz bir qaranlığın içində doğuldum,
İşığı gördüm,
Qorxdum.
Ağladım…
~~~~
Zamanla işıqda yaşamağı öyrəndim.
Qaranlığı gördüm. Qorxdum.
Gün gəldi sonsuz qaranlığa uğurladım sevdiklərimi.
Ağladım…
~~~~
Zamanı öyrəndim.
Yarışdım onunla…
Zamanla yarışılmayacağını, zamanla barışılacağını zamanla öyrəndim…
~~~~
İnsanı öyrəndim…
Sonra insanlar arasında yaxşıların və pislərin olduğunu…
Sonra da hər insanın içində yaxşılıq və pislik olduğunu öyrəndim…
~~~~
Sevməyi öyrəndim…
Sonra inanmağı…
Sonra da inamın sevgidən daha qalıcı olduğunu öyrəndim…
~~~~
İnsan cismini öyrəndim.
Sonra cismin altında bir ruh olduğunu,
Sonra isə ruhun əslində cismin üstündə olduğunu öyrəndim…
~~~~
Oxumağı öyrəndim…
Özümə yazını öyrətdim sonra…
Və bir müddət sonra yazı, özümü öyrətdi mənə…
~~~~
Getməyi öyrəndim…
Sonra dayana bilməyib, dönməyi…
Daha sonra özümə baxmayaraq getməyi…
~~~~
Dünyaya tək başına meydan oxumağı öyrəndim gənc yaşda…
Sonra cəmiyyətlə bərabər yerimək lazım olduğu fikrinə gəldim…
Sonra da əsl yeriməyin cəmiyyətə qarşı olmasının vacibliyi qərarına gəldim…
~~~~
Düşünməyi öyrəndim…
Sonra çərçivələr içində düşünməyi öyrəndim…
Sonra sağlam düşünməyin çərçivələri yıxaraq düşünmək olduğunu öyrəndim…
~~~~
Namusun önəmini öyrəndim evdə…
Sonra namussuzdan namus gözləməyin namussuzluq olduğunu…
Günaha əl vurmamaq olduğunu öyrəndim…
~~~~
Həqiqəti öyrəndim bir gün…
Və həqiqətin acı olduğunu…
Sonra miqdarında acının, yeməyə olduğu qədər həyata da “ləzzət” qatdığını öyrəndim…
Hər canlının ölümü dadacağını, yalnızca bəzi canlıların həyatı dadacağını öyrəndim…
~~~~
Mən dostlarımı nə qəlbimlə, nə ağlımla sevirəm…
Olur bəzən…
Qəlb dayanar… Ağıl unudar…
Mən dostlarımı ruhumla sevirəm…

Həyat bizə hələ çox şey öyrədəcək…
Ya döyə-döyə, ya da…
Yetər ki, eyni səhfi dəfələrlə təkrarlamayaq…
Eyni səhfdən cəzalandırılmayaq…

İyun 22, 2011 - Posted by | My world | , , , , , , ,

Hələlik heç bir şərh yoxdur

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: