sahilememmedova

Just another WordPress.com site

Qarabagin tarixi

Qarabağ tarixi – etnoqrafik əyalət kimi əvvəlcə Qafqaz Albaniyası dövlətinin tərkibinə daxil olmuşdur. Sonra bütün Azərbaycanla birlikdə Ərəb xilafətinin əsarəti altına düşmüş, Ərəb imperiyasının süqutundan sonra IX – X əsrlərdə Saçilər dövlətinin, X əsrdə Salarilər, XI – XII əsrlərdə Şəddadilər, XII – XIII əsrlərdə Atabəy Eldəgizlər, XIII əsrin ikinci yarısından XVI əsrə qədr Hülakilər (Elxanilər) dövlətlərinin, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olmuşdur.

Səfəvilər dövləti – Qarabağ tarixi – etnoqrafik əyalətinin ərazisini əhatə edən mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyini yaratdı. Görünür, ayrı – ayrı dövrlərdə Azərbaycanın dövlət və inzibati əyalət sərhədləri dəyişsə də özünəməxsus maddi, təsərrüfat və mənəvi mədəniyyəti ilə xarakterizə olunan Qarabağ bir etnoqrafik əyalət kimi öz inkişafını – fasiləsiz olaraq davam etdirmişdir.

XVII əsrin sonundan XVIII əsrin ortalarınadək Azərbaycanın feodal dövlətlərə – xanlıqlara parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ xanlığı və Gəncə xanlığı yarandı.

XVIII əsrin ikinci yarısında müstəqil Qarabağ xanlığı feodal dövlətinin yaranması onun öz müstəqilliyini qorumaq üçün həyata keçirdiyi iqtisadi, siyasi və mədəni tədbirlər Qarabağ tarixi – etnoqrafik əyalətinin sosial – iqtisadi həyatında hərtərəfli yüksəlişə, tərəqqiyə səbəb olmuşdu.

Xanlıq cənub – şərqdən Kür – Araz çayları qovşağı, cənubdan Araz çayı qərbdən Qarabağ dağları adlanan Köşbək, Salvartı və Ərikli dağları ilə Göyçə gölünə qədər uzanmış, şimaldan Koran – Kür sayı ilə sərhədlənmişdi.

Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Dəmirçi – Aslanlı, Künara, Bərgüşad, Bahabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbird, xırdapara Dizax, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərənd, Dizax və Açantürk. On iki mahalın əhalisi bir neçə kənd istisna olmaqla, bütünlükdə azərbaycanlılardan ibarət idi. Dizax, Vərənd, Çiləbird, Xaçın, Talış məlikliyi Xəmsə adlanırdı. Bunların əhalisinin bir hissəsi xristian idi.[3]

Qarabağ özünün maddi və mənəvi mədəniyyətinin bütün komponentləri ilə tamamilə Azərbaycan xalqına məxsus idi. Qarabağ xalçası, Qarabağ geyim növləri, əltikmə işləri nəinki,Azərbaycanda, hətta bütün Şərq ölkələrində tanınmışdı və yüksək qiymətləndirilirdi. Qarabağda özünəməxsus çəki və ölçü vahidi mövcud idi. Kənd təsərrüfatında yüksək ənənəvi əkinçilik və suvarma mədəniyyəti yaranmışdı.

Mənəvi mədəniyyətinin ən mühüm sahələrində də tarixən Qarabağ spesifik xüsusiyyətlərə malik olmuşdur. Hələ XVII – XVVIII əsrlərdə Azərbaycan ədəbi dilində ahəng qanunu məhz Qarabağ dialektinin təsiri ilə ardıcıllaşır. Qarabağ şairlərini birləşdirən Məclisi-üns və Məclisi-fəramuşan öz üslubu ilə seçilirdi. Qarabağ musiqi məktəbi isə hətta bütün Şərqdə məşhur idi. Qarabağın baş şəhəri olan Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur.

İyun 15, 2011 - Posted by | Azerbaycanim | , , , ,

3 Şərh »

  1. inşallah işgal altındaki bu topraklarınız, ermeni hainlerinin elinden kurtulup, azadlığa kazuşur…

    Şərh tərəfindən ercangunes | İyun 15, 2011 | Cavabla

  2. 1920 de Rusların Azerbaycan ı işgal etmesiyle başladı. Bu kez Ermeniler Azerbaycan a Bolşevik kılığında girdiler. Azerbaycan a Ruslar tarafından çeşitli amaçlar için daha önceden yerleştirilmiş Ermenilerle birlikte bu insanlar Azeri Türklerine karşı terör ve zulmün hakimiyetini kurdular. Resmi tapu sicillerini değiştirdiler ve Türklere ait toprakları kendi üstlerine geçirdiler. Böylece Türkler nesillerdir kendilerine ait olan topraklardan çıkartıldılar.

    Sovyet işgali döneminde yaklaşık 50 bin Azeri anavatanlarından kovuldu. İyi niyet jesti olarak Azerbaycan Hükümeti, Erivan topraklarını başkent olması için Ermenistan a iade etti. Bu olaydan sonra bile Ermenistan Sovyet işgali boyunca Azeri topraklarını ilhak etmeye devam etti, hatta öyle ki Ermenilerin toplam yüzölçümü bu dönem içerisinde 9 binden 29 bin kilometre kareye ulaştı.

    Şərh tərəfindən ercangunes | İyun 15, 2011 | Cavabla

  3. Burada şu husustan da bahsetmek gerekir ki, yabancı devletlerin işgal dönemlerinde Azeri halkı, Ermeniler ve Rus işbirlikçileri tarafından sürekli bir zulme tabi tutulmuş ve sayısız katliamdan geçirilmişlerdir. Ancak Azerilerin bu dönemlerde dünyaya, maruz kaldıkları dehşet verici zulmü anlatmalarına izin verilmemiştir. Bu dehşeti saklayan perde, ancak Azerbaycan’ın yabancı yöneticilerin empoze ettiği kısıtlamalardan arınmış, bağımsız bir cumhuriyete dönüşmesinden sonra kalkabilmiştir. O dönemden sonra artık Azeri halkının dilindeki mühür çözülmüştür. O zamandan bu yana birçok şey dünyaya anlatılabilmiş, ancak hala birçok şey de Azeri arşivlerinin raflarında keşfedilmemiş şekilde yatmaktadır. Kağıt üstünde insan haklarının bütün dünyada korunması için mücadele eden uluslararası örgütler, zamanla çok daha feci ifşaatların yapılması ihtimaline karşı kendilerini hazırlamalıdırlar.

    Şərh tərəfindən ercangunes | İyun 15, 2011 | Cavabla


Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: