sahilememmedova

Just another WordPress.com site

Kariera ucun yollar

Möcüzə karyeralar təsadüf əsəri yox, şüurlu şəkildə meydana gəlir. Mükəmməl bir karyera qurmağın sirlərini sınama-yanılma yoluyla aça bilər və ya mütəxəssis Bud Bilanich tərəfindən yazılmış “Mükəmməl bir karyera qurmaq üçün 101 yol” kitabından götürülmüş bu fikirlərlə vaxta qənaət edə bilərsiniz:

Üzdə olmağa çalışın. Yeni həmkarlarla tanış olmaq, bacarıq və qabiliyyətlərinizi sərgiləmək üçün şirkət içi proyektlərdə könüllü olun. Əhəmiyyətli yardımları olan bir adam kimi tanının. Məsələn, yaxında baş tutacaq bir toplantı üçün gündəliyi yazmağa və hesabatı təqdim etməyə könüllü olun. Yeni insanlarla təmas yaratmağınıza yardım edəcək sərbəst proyektlər boynunuza götürün. Şirkətinizdə təqdiqat aparan institutlarda mühazirələr oxuyun.
Çox dürüst bir insan olaraq tanınmağa başlayın. Etibarlı insanlar irəli gedir. Özünüzə qarşı dürüst olun. Hörmətli olmağınız əhəmiyyətlidir.

Öz səhvlərinizi etiraf edin. Hamımız səhv edirik. Özünüzünküləri boynunuza götürün. Digər kəslərə olduğu qədər özünə qarşı da dürüst olan əxlaqlı bir adam olaraq bir hörmət qazanarsınız.

Karyera, fərdi, özəl, iş, ailə, hobbilər kimi həyatınızın bütün sahələrində hədəflər yaratmaqda balanslı davranın. Hədəflər əhəmiyyətlidir. Ən başdan hara gedəcəyinizi bilsəniz oraya çatmağınız asanlaşar.

Bir hədəfinizin digərləriylə uyğun olduğundan əmin olun. Kompleks hədəflər həddindən artıq stress yaradır. Həftədə 60-80 saat vaxtınızı alacaq bir hədəfiniz varsa belə bir marafon qaçma hədəfini idrak etməyiniz çətin olacaq. Təhsil üçün vaxt tapmaq çox da asan deyil.

Savadlı bir adam və savadlı iş insanı olun. Tutarlı yazılan qəzetlər oxuyun. Yerli qəzetləri və yerli ticari qəzetləri oxuyun, xəbərləri seyr edin.

Hər sosial münasibəti, əlaqə qurma və gücləndirmə fürsəti olaraq görün. Güclü əlaqələr müvəffəqiyyətli bir karyeranın açarıdır. Heç kimi düşünmədən rədd etməyin. Hər kəsin təqdim edəcəyi bir şey vardır.
İş vəzifənizə uyğun geyinin. Həddindən artıq qəşəng geyinmək, ümumiyyətlə, çətindir. Nəyin uyğun olduğunu bilmirsinizsə, tədbirli davranın. Təşkilatınızdakı uğurlu kəsləri müşahidə edin. Onlar nə geyir? Onlar kimi geyinin.
Ala biləcəyiniz ən keyfiyyətli paltarları alın. Bu, sizə verdiyinizi geri qazandıracaq. Yüksək keyfiyyətdə geyimlər daha yaxşı görünür və daha uzun müddət geyilir. İlk öncə blazer pencəklər alın. Blazer pencəklər həm qadınlar, həm kişilər üçündür. İş yerinə uyğun rahat paltar qarderobunuzun əhəmiyyətli bir ünsürüdür. Hər iş adamının bir qara və bir də göy kostyumu olmalıdır.

İyun 15, 2011 - Posted by | news | , , , , ,

1 Şərh »

  1. Kariyer yapmanın birinci şartı, sırtını dayaya bileceğin bir yakınının yani dayının olmasıdır….ne demişler herkes eşittir ama bazıları daha fazla eşittir…

    Şərh tərəfindən dogubey681285ercan | İyun 17, 2011 | Cavabla


Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: