sahilememmedova

Just another WordPress.com site

26 iyun Silahli Quvveler Gunudur

  26 iyun – Silahlı qüvvələr günü


1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublika hökümətinin qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunun yaratmasına hüquqi əsas verdi.
1918-ci ildə Azərbaycan Müvəqqəti hökuməti nazirliklərin aparatını təşkil etdi, ordu quruculuğuna başlandı. 1918-ci il iyunun 26-da Milli Ordunun yaradılması barədə fərman verildi. Müsəlman korpusu “Əlahiddə Azərbaycan korpusu” adlandırıldı. İyulun 11-də hökümətin fərmanı ilə hərbi səfərbərlik elan edildi. Noyabr ayında hökumətin fərmanı ilə səfərbərlik elan edildi. Harbi nazirlik yaradıldı. Baş nazir F.Xoyski hərbi nazir, general S.Mehmandarov onun müavini təyin edildi. Hərbi kadrlar hazırlamaq məqsədilə Gəncədə hərbi məktəb təşkil edildi. O, sonradan Bakıya köçürüldü. 1918-ci il dekabr ayının 25-də general S.Mehmandarov hərbi nazir

Bu slaydşou üçün JavaScript lazımdır.

, general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleymanbəy Sulkeviç baş qərargah rəisi təyin edildilər. Hökumət 25 min nəfərlik ordu yaratmaq vəzifəsini irəli sürdü. Dövlət büdcəsinin 24%-i bu məqsəd üçün sərf edildi. Azərbaycan dəniz sərhədlərinin qorunması üçün hərbi donanmanın yaradılması da vacib idi. Bu məqsədlə 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı.
1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun – Silahlı qüvvələr günü elan edilmişdir və hər il azərbaycan xalqı bunu bayram edir.
Azərbaycan Respublikasının 27 noyabr 1995-ci ildən qüvvədə olan konstitusiyasının “Silahlı Qüvvələr” adlı 9-cu maddəsində deyilir:
I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.
II. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir…

İyun 15, 2011 - Posted by | Azerbaycanim | , , , , , , , ,

2 Şərh »

  1. Hello to all, since I am truly keen of reading this web
    site’s post to be updated on a regular basis. It consists of nice stuff.

    Şərh tərəfindən what women want from men | Mart 12, 2013 | Cavabla

  2. Thanks from Whiterock😉

    Şərh tərəfindən flyers and business cards uk | Mart 13, 2013 | Cavabla


Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: