sahilememmedova

Just another WordPress.com site

Bagisla qelbim

Səni çox incitdilər. Dözdün…Unutdun sənə olunan pislikləri.”Bağışlamaq böyüklükdür” deyib bağışladın sənə pislik edən hər kəsi.Ömrünün yarısını, bəlkə də çoxunu geridə buraxdın.Bu dünyaya gələli acı, kədər, xəyanət, yalançı dostlar bizi tərk etmədi…

Az qalıb, çox az qalıb.Ya bizə doğulduğumuz gündən bəri yad olan bu dünyayla əbədi vidalaşacağıq, ya da fani dünyanın qanunlarına birlikdə alışacağıq…
Sənin qırılmanda, əzilməndə mənim də günahım az deyil.Heç vaxt dinləmədim səni.İnanmadım hissiyyatına.Dost dediklərimin saxtakarlığını, getdiyim yolun düz olmadığını ilk başdan söyləmişdin mənə.Həmişə, hər addımda sənə qarşı çıxdım.Səni qıranlardan ilki elə mən özüm oldum…

Çox peşmanam bu gün..Bağışla məni.Sağlamlığını aldım, vurduğum yaraların yeri çətin ki, sağala.Sən həmişə hamını bağışlamısan.Məni də bağışlayacaqsan, bilirəm.
Bu andan mən səninləyəm.Acı çəkmənə, səni qırmalarına imkan vermərəm daha.
Sən də mənə söz ver.Söz ver ki, nə olursa-olsun,-sevdiklərin sənə qarşı çıxsa, varını-yoxunu bir anda itirsən belə kimsəyə əyilməyəcəksən.

Ya sənə dəyər verməyən bu vəfasız, ikiüzlü dünyanı vaxtında tərk et,-nə qədər ki, hər şeyini itirməmisən.Ya da başını dik tut .Alçaqların qarşısında alçalma!..Əyilmə!..Qırılma!..Əzilmə!..Sınma!.Sınma, Qəlbim……

İyun 14, 2011 - Posted by | Uncategorized | , , , , , ,

3 Şərh »

  1. İnsana en çok koyan şey nedir biliyor musunuz??? Sizin o’nu herkesten farklı görüp düşünürken, O’nun sizi herkesle aynı görmesiymiş…..

    Şərh tərəfindən dogubey68285ercan | İyun 14, 2011 | Cavabla

  2. tebrik ederim sahile hanım…yazılarınızı büyük bir zevkle ve hayranlıkla okuyorum..hepsi birbirinden güzel…genö yaşınıza rağmen oldukça etkileyici ve hoş yazılar yazıyorsunuz…tebrik eder, yazılarınızın devamını beklerim sayın hanımefendi…

    Şərh tərəfindən dogubey68 | İyun 15, 2011 | Cavabla

  3. tebrik ederim sahile hanım…yazılarınızı büyük bir zevkle ve hayranlıkla okuyorum..hepsi birbirinden güzel…genç yaşınıza rağmen oldukça etkileyici ve hoş yazılar yazıyorsunuz…tebrik eder, yazılarınızın devamını beklerim sayın hanımefendi…

    Şərh tərəfindən dogubey68 | İyun 15, 2011 | Cavabla


Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: